Müğənni Vüqar Muradovla həmkarı Niyam Səlami arasında qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, Vüqar bir müddət öncə, “Yeni ulduz” yarışmasından çıxan sənətçiləri “çör-söp” adlandıran Niyamın cavabını verib.
O, “gəl sənə oxumağı öyrədim” deyərək həmkarı ilə bağlı qalmaqallı fikirlər səsləndirib:
“Mənə dedilər ki, Niyam belə bir söz deyib. Həmin videonu paylaşdım. O mənə yazdı ki, pis mənada deməmişəm. Dedim ki, əgər belədirsə, foto, ya da video paylaş və pis mənada demədiyini söylə. O, buna etiraz etdi. Bu da o deməkdir ki, demişəm, əcəb eləmişəm. Niyam gəlsin, mən ona oxumağı öyrədim, Bülənt Ərsoy kimi oxumasın. Özü kimi oxusun”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik.
Nehru