Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində “Park Kolizey” MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallanır.
Yenicag.az xəbər verir ki, sözügedən şəxsin kimliyi ictimaiyyət arasında maraq doğurub. Məlum olub ki, F. Xəlilov mətbuata heç də yad biri deyil.
Belə ki, iş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı çəkilir. Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlayıb. Şəbnəm daha sonra Familin sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia etmişdi. Onların birgə şəkilləri də mediada yayımlanmışdı.
Daha sonra F. Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.
Bir neçə il əvvəl V. Şərifovayla Şəbnəm Tovuzlunun münasibəti məhz iş adamına görə gərginləşmişdi. /qafqazinfo/