İki müntəzəm marşrut xətti “BakuBus”a verildi

Sabahdan Azərbaycan paytaxtında 60 nömrəli müntəzəm marşrut xətti “BakuBus MMC-nin istismarında olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə MMC məlumat yayıb.

Xatırladaq ki, sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun “Koroğlu” stansiyasını birləşdirir.

Bundan başqa, sabahdan “Koroğlu” ilə paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsini birləşdirən 172 nömrəli müntəzəm marşrut xətti dəyişdirilərək 150 nömrəli marşrut xətti kimi “BakuBus”un istismarında olacaq.

COP29