İki nəfər bədbəxt hadisə nəticəsində öldü

скачанные файлы (1)Noyabrın 30-da saat 08 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində inşa edilən binada təmir işləri aparan şəhər sakini Fazil Hüseynov ehtiyatsızlıq nəticəsində binanın damından (12-ci mərtəbə) yıxılaraq dünyasını dəyişib.

Noyabrın 30-da Bərdə rayon Telekommunikasiya Qovşağının elektriki Arif Babayev Qasımbəyli kəndinin ərazisində yerləşən rabitə dirəyində təmir işləri apararkən yıxılaraq ölüb.