Bakıda 30 yaşlı kişi, Xaçmazda isə 82 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Yenicag.az xəbər verir ki, Yasamal rayon ərazisində 1993-cü il təvəllüdlü Nicat Bayramov yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Bundan başqa Xaçmaz rayon sakini, 1941-ci il təvəllüdlü Malikə Şərifova dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.