Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yenicag.az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, “VAZ” markalı avtomobil kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlunu və şəxsiyyəti hələ ki məlum olmayan daha bir qızı vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Qızın Bayramlı kənd sakini olduğu bildirilir.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.