Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İki nəfərin öldüyü kütləvi davanın digər iştirakçıları ilə bağlı QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda iki nəfərin ölümünə, bir neçə nəfərin isə ağır yaralanmasına səbəb olan kütləvi davada təqsirləndirilən Roman Mirzəyev, Tural Quliyev və Yaşar Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Roman Mirzəyev xuliqanlıqda təqsirli bilinərək 2 il, Yaşar Mövsümov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs edilənlərdən Tural Quliyev isə adam öldürməkdə, adam öldürməyə cəhddə və xuliqanlıqda ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə Xırdalan şəhərində baş verib. Təqsirləndirilən şəxs Roman Mirzəyev yanında olan qızla Xəlil Məmmədovun yaşadığı məhəllədən keçərkən yanında olan qadının səmimi hərəkətləri Xəlil Məmmədovun xoşuna gəlməyib. Öncə o, Romanı çağıraraq ona xəbərdarlıq edib. Aralarında mübahisə yaranan zaman Xəlil Romana başla zərbə endirərək məhəllədən qovub.

Oradan uzaqlaşan Roman daha sonra Tural, Yaşar və Hüseynağa ilə birlikdə Xəlilgilin məhəlləsinə gəliblər. Kütləvi dava da bu zaman baş verib.

Kütləvi davada Romanla gələn Hüseynağa və Xəlilin qardaşı çoxsaylı bıçaq zərbələri ilə xəstəxanaya çatdırılsalar da həyatlarını xilas etmək mümkün olmayıb.

Xəlil Məmmədovun özünə 11 bıçaq zərbəsi dəysə də onun həyatını xilas etmək mümkün olub.

Məhkəmənin hökmü ilə kütləvi davada iştirak edən digər qrupun üzvlərindən Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bahadur Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.

www.yenicag.az

166
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100