Reklam

Reklam

Sumqayıt şəhərində iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub.

Yenicag.az Baş Prokurorluğa istinadən xəbər verir ki, dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyundai County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurub, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 689
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."