Argentinanın Rusiyada keçiriləcək Dünya Çempionatı üçün hazırladığı kitabça müzakirələrə səbəb olub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina çempionat üçün Rusiyaya gedənlərə məsləhət vermək məqsədilə kitabça hazırlayıb. Kitabçanın müəlifləri rus qadınları ilə tanış olmaq istəyənləri də yaddan çıxarmayıb. Belə ki, kitabçada 15 iyulda baş tutacaq çempionatdan çox rus qadınlarının xüsusiyyətlərinə yer verilib. Bu isə futbol həvəskarlarını özündən çıxarıb. Onlar bu biabırçı kitabın dərhal yığışdırılmasını tələb ediblər.
Kitabçada rus qadınlarla bağlı verilmiş bəzi tövsiyələri təqdim edirik:
- Rus qızlar sıxıcı kişilərə nifrət edir. Danışmağa heç nə tapmırsınızsa, ölkənizdən, ölkənizin adətlərindən və gündəlik həyatdan danışın.
- Rus qadınlara təsir etmək üçün sahib olduqların və pulun barədə danışmalısınız.
- Onlar da digər qadınlar kimi təmizliyə, geyim-keçimə və qoxuya çox həssasdır. Unutmayın, ilk təəssürat əsasdır.
- Onlara “yatılacaq” qadın kimi davranmayın. Rus qızları özlərini xüsusi və əhəmiyyətli bir insan kimi hiss etdirən kişiləri xoşlayır.
- Onların dəyərlərinə və istəklərinə hörmət edin. Seks haqqında axmaq suallar verməyin. Ruslar üçün seks fərdidir, ictimaiyyət içində bu barədə danışmaq olmaz.
- Rus qadınlar neqativ, sadəcə mənfini görən kişilərdən uzaq olurlar.
- Klassik suallar verməyin, orijinal olun. Sizi daha yaxşı tanımaq istəyəcəklər, sualları cavabsız qoymayın