İki ölkə prezidenti Azərbaycana gəlir – SƏBƏB

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran Prezidenti və Xarici İşlər naziri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Sammmitdə iştirak etmək üçün Pakistan prezidenti Arif Alvi də Azərbaycana gələcək.

Qeyd edək ki, onlar, Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII sammitində iştirak edəcəklər.

COP29