İki oyunun başlama saatı dəyişdirildi

Azərbaycan Premyer Liqasında II turun iki oyununun başlama saatı dəyişdirilib.

Yenicag.az xəbər verir ki, avqustun 12-nə təyin olunmuş “Araz Naxçıvan” – “Qəbələ” matçı saat 18:30-da, “Zirə” – “Kəpəz” görüşü isə 21:00-da başlayacaq.

Qurumdan bildirilib ki, dəyişiklik təşkilati işlərlə əlaqədardır.