!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki prezidentin bir müşaviri: Qazaxıstan və Özbəkistan liderləri onu necə “bölüşdürəcək?”

!Reklam – Yazi

“Uzun illərdir, Özbəkistanla Qazaxıstan arasında Mərkəzi Asiyanın liderliyi uğrunda mübarizə gedir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında öncə Qazaxıstan prezidenti Qasım Comərt Tokayevin, daha sonra isə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Avropa Yenidənqurma və İnkişaf Bankının sabiq prezidenti Suma Çakrabartini özlərinə iqtisadi məsələlər üzrə sərbəst müşavir təyin etməsini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Mərkəzi Asiyada xarici mütəxəssislərin müxtəlif dövlət proqramlarının hazırlanmasına cəlb edilməsi təcrübəsi geniş yayılsa da, iki ölkə prezidentinin eyni gündə eyni adamı özünə müşavir təyin etməsi təəccüblüdür:

“90-cı illərin əvvəlində Nursultan Nazarbayev də müxtəlif islahat proqramlarının hazırlanması üçün özünə Cənubi Koreyadan müşavirlər təyin edirdi. Görünür, yeni prezident də bu təcrübədən yararlanmaq istəyib.

Sadəcə, mənim üçün də maraqlıdır ki, eyni adam iki ölkə prezidentinə necə müşavir təyin edilə bilər? Güman edirəm ki, o, Özbəkistan və Qazaxıstan hökumətləri üçün müəyyən proqramların tətbiqində iştirak edəcək, məsləhətlər verəcək. Yəni onun peşəkarlığından hər iki dövlət yararlanmaq istəyir.

Burada müəyyən rəqabət elementləri də ola bilər. Uzun illərdir, Özbəkistanla Qazaxıstan arasında Mərkəzi Asiyanın liderliyi uğrunda mübarizə gedir. Eyni gündə eyni adamı eyni vəzifəyə təyin ediblərsə, hər iki dövlət ondan daha çox faydalanmağa çalışacaq”.

Aqil Bəkir

www.yenicag.az

1590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv