!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki qadın birləşib kişini belə döydülər - VİDEO

!Reklam – Yazi

Ağcabədi rayonunda xoşagəlməz hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, yoldan keçən iki qadın təmizlik işçisi olan kişini döyməyə başlayıblar.

Ətrafda olan təmizlik işçiləri onları ayırmağa çalışıblar. Bu zaman ərazidə olan oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb.

Bildirilir ki, döyülən kişi Ağcabədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisidir.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçədə kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, baş verən hadisə Ağcabədi Rayon Polis Şöbəsində qeydiyyata alınıb:

“Məsələ barədə RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır”.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

www.yenicag.az

1224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv