Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin Dəmir yol vağzalı yaxınlığında baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada, 1956-cı il təvəllüdlü Həsənova Təranə və 1974-cü il təvəllüdlü Ağayeva Rənanı vurub. Xəsarət alan hər iki qadın sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.