Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İki qardaş bıçaqlandı - Göyçayda

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.

Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1173
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM