Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İki qardaş kanalda boğuldu

359dce9778d2878fd3710dcedffc1e02Mingəçevirdə iki qardaş Yuxarı Qarabağ kanalında boğulub.

Hadisə dünən axşam saatlarında baş verib. Ağdərə rayonundan məcburi köçkün 13 yaşlı Novruzov Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Novruzov Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb.

Böyük qardaş Ö. Novruzov kiçik qardaşı Ü. Novruzovun suda boğulduğunu görüb, onu xilas etmək üçün kanala atılıb, nəticədə hər ikisi batıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünən axşam saatlarından hadisə yerinə cəlb edilib, qardaşların tapılması istiqamətində işlər aparılır.

www.yenicag.az

237