Misirin Boheira əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.
Yenicag.az xəbər verir ki, qəza nəticəsində 15 nəfər ölüb, 40-ı isə yaralanıb.
Qeyd edək ki, Misirdə bu cür hadisələrə tez-tez rast gəlmək mümkündür. Ötən ilin avqust ayında baş vermiş oxşar qəzada 42 nəfər ölmüş, 100-ü isə yaralanmışdı.