Çində içərisində xeyli insanın olduğu 2 qayıq toqquşub.
Yenicag.az xəbər verir ki, toqquşma nəticəsində azı 11 nəfər həlak olub. Daha 6 nəfər isə itkin düşmüş hesab olunur.
Qayıqlarda ümumilikdə 57 nəfər olduğu bildirilir. Onlardan 40 nəfəri xilas edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir.
Toqquşmaya qayıqlarda idarəetmənin itirilməsi səbəb olub.