Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İki qəzet redaksiyasına eyni vaxtda silahlı hücum

128754_res_01Türkiyədə “Yeni Şafak” və “Yeni Akit” qəzetlərinin ofislərinə silahlı və “Molotov kokteylli” basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.

Məlumata görə, basqınlar eyni vaxtda olub. Üzləri maskalı 5 nəfər “Yeni Şafak” qəzetinin binası önünə gedərək, əllərindəki “Molotov kokteylləri”ni redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar. Eyni vaxtda “Yeni Akit” qəzetinin binasına da “Molotov kokteyli” atılıb, ofis atəşə tutulub.

“Yeni Şafak”ın ofisi İstanbulun Bayrampaşa rayonunda, “Yeni Akit” isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.

Hadisə ilə bağlı polis araşdırma aparır.(report)

www.yenicag.az

253