İki qırıcı təyyarə qəzaya uğradı – Axtarış başladıldı

Tayvan Hava qüvvələrinə məxsus iki qırıcı F-5E yüngül təlim-döyüş təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Tayvan mərkəzi xəbər agentliyi məlumat verib.

Hadisə eyni tipli dörd hərbi təyyarənin iştirak etdiyi təlim uçuşu zamanı baş verib.

Hər iki pilot katapulta edə bilib.

Fəlakət zonasında helikopterlər və sahil mühafizə gəmilərinin iştirakı ilə axtarış əməliyyatı başladılıb.