İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Silah aşkarlandı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cavid Əlihüseyn oğlu Əliyevə məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və bir ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.

COP29