İki rayonda qaz olmayacaq

“Azəriqaz” İB Ağsu və Kürdəmir rayonlarının sakinlərinə müraciət edib.

İB-dən Yenicag.az-a bildirilib ki, “Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.