İki rayonun polis rəisi dəyişdirildi

758753_427650Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Salyan Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov tutduğu vəzifədən azad edilərək Bakının Suraxanı Rayon Polis İdarəsinin, Suraxanı Rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimov isə Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib(APA).