İki şagird COVID-19-a yoluxdu – Sinif distant təhsilə keçdi

Tovuz rayonunda fəaliyyət göstərən məktəblərdən birində koronavirus aşkar edilib, sinif bağlanıb.

Yenicag.az xəbər verir ki, Tovuz rayon İsmayıl Mürşüdov adına tam orta məktəbin 9-cu sinfi şagirdi olan 2 nəfərdə koronavirus aşkar edilib.

Buna görə, şagirdlərin təhsil aldığı həmin sinif distant təhsilə keçib.

Qeyd edək ki, məktəb öz fəaliyyətini davam etdirir.