İki sərnişin təyyarəsi toqquşdu – FOTO

Fransanın paytaxtı Parisdə “Ruassi — Şarl de Qoll” hava limanında iki sərnişin təyyarəsi toqquşub.  

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Air France” aviaşirkətinə məxsus “Airbus A330-200” tipli təyyarə dayanacağı tərk edib və uçuş-eniş zolağında dayanıb.

Bu zaman onun arxasında “Delta Air Lines”in təyyarəsi hərəkət edib və nəticədə qanadı ilə “Airbus”un quyruğuna dəyib.

Sərnişinlərdən xəsarət alan olmayıb.

Uçuş təxirə salınıb. Hadisə ilə bağlı araşdırma aparılır.