İki sərnişin təyyarəsi toqquşdu

Hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə Kanadanın Toronto şəhərində baş verib. “WestJet” hava yollarına məxsus “Boeing 737-800” tipli təyyarə, 168 sərnişin, 6 ekipaj üzvü ilə hava limanında uçuşa hazır vəziyyətdə gözləyirdi. Bu zaman eniş edən digər sərnişin təyyarəsi ona çırpılıb. Toqquşma nəticəsində təyyarələrdən birinin quyruq hissəsi alışıb.

Hadisə zamanı xəsarət alan olmasa da, bütün sərnişinlər təyyarədən təcili endirilib.