İki türk əsgəri şəhid oldu

573856f8e8890.1474363897Suriyada “Fərat Qalxanı” adı altında İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar davam etdirilir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatların 28-ci günündə baş verən partlayış nəticəsində 2 türk əsgəri şəhid olub.

Qeyd edək ki, bununla da avqustun 24-dən Suriyanın Cerablus şəhərinin İŞİD-dən təmizlənməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün başladılan “Fərat Qalxanı” əməliyyatında şəhid olan əsgərlərin sayı 10-a çatdı.