İki türk hərbçisi şəhid oldu

Türkiyə ordusu şəhid verib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriya və İraqın şimalında keçirilən “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsinə terrorçuların atəşi nəticəsində iki hərbçi şəhid olub.

Məlumata görə, hücum nəticəsində 2 əsgər də yaralanıb.