!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki uşağı avtomobil vurdu - Ağsuda

!Reklam – Yazi

Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı – Əlabad kənd sakinləri, 2005-ci il təvəllüdlü Kərimov Polad Mehman oğlunu və həmyaşıdı Həsənov Famil Müqabil oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan orta məktəbin 7-ci sinif şagirdləri Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə, travmatologiya xəstəxanasına göndəriblər.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv