Yevlax rayonunda iki uşaq anası özünü asaraq öldürüb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Elçin Ağayev döngəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü, iki uşaq anası Aytac Ənvər qızı Məmmədova özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.