İki uşaq anası özünü asdı

asmaq_258Ucar rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Gülümnar Nurəddin qızı Qasımova özünü yaşadığı evin artırmasından asaraq intihar edib.

Onun iki uşaq anası olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.