İki uşaq anası soyuqdəymədən öldü

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

Yenicag.az xəbər verir ki, 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib./qafqaz.info/

COP29