Gəncədə iki yaşlı körpə yuyucu maddə içərək zəhərlənib.
Yenicag.az-ın məlumatına görə, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan “ACE” adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.
Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.