İki yaşlı uşaq boya həlledicisi içib-Salyanda

img1893463Salyanda 2 yaşlı uşaq boya həlledicisi içərək zəhərlənib.

Hadisə rayonunun Şorsulu kəndində qeydə alınıb. Həmin kəndin sakini 2013-cü il təvəllüdlü Ayli Hünər qızı Abdullayeva boya həlledicisi içərək zəhərlənib. Az yaşlı qız uşaq dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta ağır olaraq qalır(report).