Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İki yeniyetmə tonqala düşərək xəsarət alıb

Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Abbasov Rəşad Rizvan oğlu tullanan zaman tonqala düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım olunub. Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir./APA/

www.yenicag.az

485
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100