İki yük avtomobili toqquşdu – Ölən var

Qobustan rayonu ərazisində “Mercedes” markalı yük avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.