İkimərtəbəli ev kül oldu

Şabran rayonunda ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.