İkimərtəbəli yaşayış binasında yanğın

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və taxta qapı 10 m² sahədə qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.