İkinci arvad axtaran müsəlmanlar üçün sayt açıldı

445543Böyük Britaniyada ikinci həyat yoldaşı axtaran müsəlmanlar üçün tanışlıq saytı açılıb.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, “SecondWife” saytından hazırda 35 min nəfər istifadə edir. Saytın yaradıcısı 33 yaşlı teleaparıcı Azad Çayvaladır. O, bütün dini konfessiyaların nümayəndələrinin istifadə edə biləcəyi başqa bir sayt da yaradıb. “Polygamy.com” saytından artıq 7 mindən çox istifadəçisi var.

A. Çayvala ənənəvi dəyərlərin və sədaqətin tərəfdarı olduğunu, çoxarvadlılığın qadınları tənhalıqdan xilas edəcəyini söyləyib.

Müsəlman icmasının bir çox nümayəndələri isə çoxarvadlılığın təbliğinə etirazlarını bildiriblər. Britaniya parlamentinin müsəlman üzvü Xalid Mahmud ikinci və növbəti arvadların hüquqi baxımdan müdafiəsiz olduğuna diqqət çəkib: “Bu, qadını böyük təhlükə altında qoyur, çünki o, həyat yoldaşının əmlakına haqq iddia etmək hüququnu itirir”.