Rusiyada İkinci Dünya Müharibəsindən sonra ən iri miqyasda hərbi səfərbərliyin həyata keçirildiyi bildirilir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter danışıb.
Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ilə sərhəddə 190 minlik hərbi qüvvə cəmləşdirib.
Bu isə o deməkdir ki, Rusiyada İkinci Dünya Müharibəsindən ən irimiqyaslı hərbi səfərbərlik prosesi başlayıb.
Karpenter əlavə edib ki, Rusiya Qara dənizdə keçirdiyi hərbi təlimlərə 30 gəmi, o cümlədən Şimal və Baltik donanmalarından çox sayda desant gəmisi cəlb edib.