İkinci Dünya müharibəsinə aid külli miqdarda mərmi aşkarlandı – FOTO

Kiyevdə İkinci Dünya müharibəsinə aid 29 mərmi tapılıb.

Yenicag.az xəbər verir ki, Kiyevin Qoloseevski rayonunda 76 millimetrlik 4,45 millimetrlik 25 ədəd artilleriya mərmisi aşkarlanıb.

Mərmilər götürülərək hərbi poliqonda zərərsizləşdirilib.

İlin əvvəlindən Kiyevdə 900-ə yaxın partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib./AZƏRTAC/