!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkiüzlü və ziyanverici insanlar... - Onları necə tanımalı?

!Reklam – Yazi

İnsan hər zaman öz uğurlarına obyektiv baxmağı bacarmalı, bunun üçün özünün inkişafına zaman ayırmalıdır.

Paxıl insanların həmişə başqalarının həyatını daha yaxşı hesab etməsi isə heç kimə sirr deyil. Məhz paxıl insanlar başqalarının uğurlarına ürəkdən sevinə bilməyən və ətrafdakılara böyük ölçüdə təsir edənlərdir.  Onlar müvəffəqiyyətlərini daim başqalarının uğurları ilə müqayisə edir, nəticədə də çox vaxt narazı olurlar.

Paxıl insanlar həmkarlarının uğurlarına nifrət edir, narazılıq göstərir və dava salırlar.

Ancaq məsələ tək paxıllıq, xüsusən də həmkarlara olan münasibət deyil, həmçinin  ümumiyyətlə həsəd aparan insandır.

Başqalarının həyatını zəhərləyən başqa bir növ insanlar da var ki, onlar dedi-qoduçulardır. Ən çox həmkarları haqqında danışırlar. Onlar psixoloji sağlamlığa xoşagəlməz təsir göstərən, həm də həmkarının karyerasını məhv edə biləcək xoşagəlməz şayiələr yayırlar. Bu cür insanlardan tamamilə təcrid olunmaq çətindir, ona görə də onlarla məsafə saxlamaq daha yaxşıdır.

Başqalarının fikirlərini oğurlayıb özününkü kimi təqdim edən, hətta başqalarının uğurlarını özlərinə bağlayan insanlar da var.

Hər şey kiçik nüanslardan başlayır. Siz parlaq ideyanız haqqında danışırsız və kolleqanız o fikri oğurlayaraq özününükü kimi təqdim edir. bir fikir haqqında xüsusi olaraq danışırsınız və bir həmkarınız onu oğurlayır və özününkü kimi ötürür. Və ya sizin təklifinizin müzakirə olunduğu görüşə sizi çağırmaq “unudulur”.

Belə insanlardan necə qurtulmaq olar?

Amerikalı yazıçı, Emotional Intelligence 2.0-ın dünya səviyyəsində ən çox satan kitabın müəllifi, psixologiya sahəsindəki mütəxəssis Travis Bradburry bildirib ki, ən yaxşı işçilər ziyanverici insanlarla məsafə saxlamağı bacarır, onlar düzgün strategiya tətbiq edirlər:

“Şəxsi münasibətlərdə sərhədləri vaxtında müəyyənləşdirmək şərtdir və heç bir halda heç kimin onları pozmasına icazə verilməməlidir. Həyatdan zövq almanın yeganə yolu budur və p zaman işiniz sizə zövq verəcək”.

Hazırladı: Cəmilə Çebotareva

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv