İlahə Fəda Azərbaycanı tərk etdi

Müğənni İlahə Fəda Azərbaycandan köçdüyünü açıqlayıb.

Bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, uzun müddətdir Avropadadır.

İlahə izləyicilərinin “Buralara qayıtma” şərhinə “Elə də edəcəyəm” cavabını verib.

İlahə paylaşımlarından birində Almaniya olduğunu vurğulayıb. İfaçının paylaşdığı şəkildə görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb.