Xeyli vaxtdır ki efirlərdən uzaq düşən müğənni İlahə İbadova üzə çıxıb.
Yenicag.az xəbər verir ki, müğənni yaşlı həmkarlarının ünvanına qalmaqallı fikirlər səsləndirib.
O, həmin sənətçilərin ona paxıllıq etdiyini və konsertlərdə çıxışına mane olduqlarını deyib:
“Yaxınlarda bir dövlət tədbiri olub, xanım müğənni deyib ki, o konsertdə olmasın. Xoş o haldı ki, həmin müğənniyə deyiblər ki, sən olmasan da olar, İlahə olsun. Bugünkü gündə ağsaqqallar, ağbirçəklər var ki, gənclərə imkan vermir. Leyli roluna dəvət almışdım. İki-üç ay keçdi, ortalıqda heç nə olmadı. Gözləyək ki, onlar dünyasını dəyişib getsin, biz çıxaq? Onda da Leyli olmayacağıq, Leylinin anası, nənəsi olacağıq”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru