Reklam

Reklam

Bu gün “İlahiyyat” məscidində son cümə namazıdır.

Yeniçağ.az-a daxil olan məlumata görə, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib.

Xəbərdə deyilir ki, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək.

Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bu günki cümə namazından sonra daha da artacağı gözlənilir.

1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.

Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.

Qeyd edək ki, Türkiyənin tikdirdiyi “Şəhidlər” məscidi 2009-cu ildə “təmir”ə bağlandığı zaman bu qardaş ölkədə ciddi təpki doğurmuşdu. Uzun illər sonra “Şəhidlər” “təmir”dən qurtarsa da, hələ də nə azan verilir, nə də cümə namazı qılınır. Hazırda, əksər türk və ərəblərin cümə namazı qıldığı iki əsas məsciddən olan “İlahiyyat”ın cümə namazına bağlanılması təkcə Türkiyədə deyil, İslamiadaya hazırlaşan ərəb ölkələrində də Azərbaycanın nüfuzu baxımından müsbət heç bir şey vəd etmir. Qısacası, Tələbə Şəhərciyini bina biznesi kimi görən Abel Məhərrəmov və İbrahim Mehdiyevin ortaq biznesi onlara milyonlar qazandırsa da, prezident İlham Əliyevin yürütdüyü xarici siyasətə ciddi zərər vura bilər. Qafqazın ən böyük məscidlərindən birini tikdirən, davamlı olaraq, dindarların və ibadətgahların hamisi olan İlham Əliyevin bu addımları müsəlman dünyasında təqdirlə qarşılaşır. Bu kimi məmur addımları isə Azərbaycanın Qarabağ mövzusunda tərəddütsüz dəstəkləyən İslam dünyası ilə münasibətlərinə zərər vura bilər.

Yeniçağ.az

P.S. Məsələ ilə bağlı adı çəkilən qurumların mövqeyini dərc edə bilərik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 926
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."