İlahiyyatçıdan SƏRT TƏNQİD: “Dini kitabda babasil üçün dua qeyd olunub”

“Kitab çapı bir məmurun güdazına getməməlidir”.

Bu sözləri ölkədə dini kitabların çapı ilə bağlı qadağanın mövcud olmasını tənqid edən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə kitab çapına senzura qoyulması Azərbaycanın beynəlxalq imicinə zərər vurur:

“Komitənin icazəsi ilə çap olunan bir kitabda Babasil üçün dua qeyd olunub. Bu, biabırçılıqdır. Komitə bu cür dini kitabların çapına necə icazə verir?! Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun çıxardığı kitablara görə komitədən aldığı qonorarların məbləğinə də qarışmıram. Özləri bilər. Sadəcə komitənin işçiləri məmur olaraq dini kitab yazırlar və fonddan pul alırlar. Demək istədiyim budur ki, ölkədə kitab çapı ilə bağlı qadağa olmamalıdır. Azərbaycan bu cür təqdim olunmamalıdır. Kitab çapı bir məmurun güdazına getməməlidir”.

Gülşən Şərif