İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizləndi

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri İlan adasının təmizlənməsi tapşırığını tamamilə yerinə yetiriblər.

Yenicag.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, adada Rusiyanın 30-dək hərbi texnikası tamamilə məhv edilib.

Xatırladaq ki, iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.

İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.