Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İlanın qarnından reportaj

311685Amerikalı naturalist və jurnalist Pol Rozoli vəd etdiyi məşum eksperimenti reallaşdırıb.

O, uzunluğu 9 metr, çəkisi 400 kq olan nəhəng anakonda ilanı üçün “səhər yeməyi” olub.

Təbii ki, o, “yeyilməyə” əvvəlcədən hazırlaşmışdı.

Discovery Channel telekanalındakı “Eaten Alive” proqramı üçün aparılan çəkilişlər Amazon cəngəlliklərində gerçəkləşdirilib.

İlanın diri-diri udacağı Rozolinin əynində skafandra bənzəyən xüsusi kostyum vardı.

9 metrlik anakondanın qarnına düşməzdən əvvəl Rozolinin geyindiyi kostyum videokameralarla və ilanın qarnında nəfəs almağa imkan verən sistemlə təchiz olunmuşdu. Verilişin çəkiliş qrupu bu kostyumun tikildiyi material barədə heç bir açıqlama vermir.

Çəkilişlər barədə məlumatlar veriləndən sonra heyvan hüquqlarının müdafiəçiləri etiraz kampaniyasına başlamış, ilanın bu çəkilişlərdə öləcəyini demişdilər.

Amma eksperiment uğurla başa çatıb, Rozoli və anakonda sağ qalıblar.

“Mənə deyirlər ki, ilanı yeyə bildiyindən artıq yeməyə vadar ediblər. Yalandır. İlana heç bir zərər dəymədi. Əksinə, bu eksperiment anakondaların təbii yaşam arealını qorumaq üçün vəsait yığılmağa yönəlmişdi”, – Pol Rozoli deyib.

www.yenicag.az

252