İlbər Ortaylı AYB-nin fəxri üzvü seçilib

Türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvlük vəsiqəsi təqdim edilib.

Yenicag.az verir ki, vəsiqəni görkəmli tarixçiyə AYB sədri Anar təqdim edib.

İlbər Ortaylı AYB-ni ziyarət edib. Xalq yazıçısı Anarla görüşən tarixçi ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Anar professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluq hissi keçirdiyini ifadə edib və qonaqlara Yazıçılar Birliyinin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.