İlber Ortaylı: “Donald Tramp cahil, xanım Klinton isə boşboğazdır” – VİDEO

MÜSİAD tərəfindən İnegöldə təşkil olunan “Türkiyənin yaxın tarixi” konfransında çıxış edən tarixçi professor İlber Ortaylı maraqlı fikirlər səsləndirib.

Yenicag.az xəbər verir ki, o, çıxışında ABŞ-ın prezidenti Donald Trampı sərt şəkildə tənqid edib. ABŞ dövlət başçısını “kovboy” adlandıran Ortaylı, Trampın cahil olduğunu bildirib.

Tarixçi professor çıxışında dövlətlərin çökmə səbəblərindən də bəhs edib. O qeyd edib ki, dövlətlərin orduya siyasəti qarışdırması son dərəcədə təhlükəlidir:

“FETÖ kimi terror təşkilatlarının arxasında ABŞ-da olan bir mexanizm dayanır. Nəyə görə Tramp və xanım Klinton kimi biri terrorçuların tərəfini saxlayır? Ətrafındakı müşavirləri, katibləri, nazirləri bir o qədər də potensiala sahib deyillər. Son dərəcə gülməli xristian mənsəbinə mənsubdurlar. Klintonun da gözəl və ağıllı, xalqın içərisindən çıxmış əri var. Xanım Klintonun özü də yaxşı bir universitetdə oxuyub, amma nüfuzlu boşbağaz bir qadındır”.

COP29